Al-Baqarah surəsi, ayə 24

2:24

فَإِن لَّمۡ تَفۡعَلُواْ وَلَن تَفۡعَلُواْ فَٱتَّقُواْ ٱلنَّارَ ٱلَّتِي وَقُودُهَا ٱلنَّاسُ وَٱلۡحِجَارَةُۖ أُعِدَّتۡ لِلۡكَٰفِرِينَ ٢٤

Fa il lam taf'alū walan taf'alū fattaqun-nāral-latī waqūduhan-nāsu wal-hijāratu u'iddat lil-kāfirīn

Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin!

Təfsir

Əgər siz bunu edə bilmirsinizsə -bunu heç bir zaman bacaramayacaqsınız-, o halda əzaba layiq günahkar insanlar və dünyada ibadət etdikləri müxtəlif növ daşlar ilə yanan cəhənnəm əzabından çəkinin. Allah bu cəhənnəmi kafirlər üçün hazırlamışdır.