Al-Baqarah surəsi, ayə 230

2:230

فَإِن طَلَّقَهَا فَلَا تَحِلُّ لَهُۥ مِنۢ بَعۡدُ حَتَّىٰ تَنكِحَ زَوۡجًا غَيۡرَهُۥۗ فَإِن طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَيۡهِمَآ أَن يَتَرَاجَعَآ إِن ظَنَّآ أَن يُقِيمَا حُدُودَ ٱللَّهِۗ وَتِلۡكَ حُدُودُ ٱللَّهِ يُبَيِّنُهَا لِقَوۡمٖ يَعۡلَمُونَ ٢٣٠

Fa in tallaqahā falā tahillu lahū mim ba'du hattā tankiha zawjan ghayrahū fa in tallaqahā falā junāha 'alayhimā an yatarāja'ā in zannā an yuqīmā hudūdallāhi watilka hudūdullāhi yubayyinuhā liqawmin ya'lamūn

Əgər onu (üçüncü dəfə) boşayarsa, bundan sonra o (qadın) başqa bir kişiyə ərə getməyincə (əvvəlki ərinə) halal olmaz. Əgər (sonrakı əri) onu boşasa, Allahın hüdudlarını yerinə yetirəcəklərini güman etdikləri təqdirdə, (qadının birinci əri ilə yenidən) nikaha girməsində, ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları anlayan kimsələrə bəyan edir.

Təfsir

Əgər əri onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın, birinci ərinə halal olmaq məqsəd ilə deyil, əksinə, öz istəyi ilə düzgün nikah kəsildikdən sonra, başqa bir kişiyə ərə gedib və ikinci əri onunla cinsi əlaqədə olmayınca birinci ərinə halal olmaz. Əgər ikinci əri onu boşasa, yaxud vəfat etsə, hər birinin üzərinə vacib olan şəri hökmləri yerinə yetirəcəklərini zənn etdikləri təqdirdə nikah kəsib və qadının mehrini verib, yenidən evlənmələrində ikisinə də heç bir günah yoxdur. Bunlar şəri hökmlərdir, Allah bunları, Onun hökmlərini və hüdudlarını anlayan insanlar üçün bəyan edir. Çünki bu hökmlərdən bəhrələnən məhz insanlardır.