أُحِلَّ لَكُمۡ لَيۡلَةَ ٱلصِّيَامِ ٱلرَّفَثُ إِلَىٰ نِسَآئِكُمۡۚ هُنَّ لِبَاسٞ لَّكُمۡ وَأَنتُمۡ لِبَاسٞ لَّهُنَّۗ عَلِمَ ٱللَّهُ أَنَّكُمۡ كُنتُمۡ تَخۡتَانُونَ أَنفُسَكُمۡ فَتَابَ عَلَيۡكُمۡ وَعَفَا عَنكُمۡۖ فَٱلۡـَٰٔنَ بَٰشِرُوهُنَّ وَٱبۡتَغُواْ مَا كَتَبَ ٱللَّهُ لَكُمۡۚ وَكُلُواْ وَٱشۡرَبُواْ حَتَّىٰ يَتَبَيَّنَ لَكُمُ ٱلۡخَيۡطُ ٱلۡأَبۡيَضُ مِنَ ٱلۡخَيۡطِ ٱلۡأَسۡوَدِ مِنَ ٱلۡفَجۡرِۖ ثُمَّ أَتِمُّواْ ٱلصِّيَامَ إِلَى ٱلَّيۡلِۚ وَلَا تُبَٰشِرُوهُنَّ وَأَنتُمۡ عَٰكِفُونَ فِي ٱلۡمَسَٰجِدِۗ تِلۡكَ حُدُودُ ٱللَّهِ فَلَا تَقۡرَبُوهَاۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ ءَايَٰتِهِۦ لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَّقُونَ ١٨٧
Uhilla lakum laylatas-siyāmir-rafathu ilā nisā'ikum hunna libāsul lakum wa antum libāsul lahunna 'alimallāhu annakum kuntum takhtānūna anfusakum fatāba 'alaykum wa'afā 'ankum fal-'ana bāshirūhunna wabtaghū mā kataballāhu lakum wakulū washrabū hattā yatabayyana lakumul-khaytul-abyadu minal-khaytil-aswadi minal-fajri thumma atimmus-siyāma ilal-layli walā tubāshirūhunna wa antum 'ākifūna fil-masājidi tilka hudūdullāhi falā taqrabūhā kadhālika yubayyinullāhu āyātihī lin-nāsi la'allahum yattaqūn
Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də, onlar üçün bir libassınız. Allah sizin (oruc gecələrində qadınlarınızla yaxınlıq etməklə) özünüzə xəyanət etdiyinizi bildi və tövbənizi qəbul edib sizi bağışladı. Artıq onlara yaxınlaşın və Allahın sizin üçün (əzəldən) təqdir etdiyini istəyin. Dan yeri söküləndə, ağ sapın qara sapdan seçildiyi sizə aydın olanadək yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın hüdudlarıdır, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə Ondan qorxalar.
Təfsir
İslamın əvvəl vaxtında, kişi oruc gecəsi yatıb sonra da fəcrdən qabaq yuxudan oyansaydı ona yemək, içmək və ailəsinə yaxınlıq etmək haram idi. Ey Möminlər! Allah bu hökmü nəsx edib və sizə oruc gecələrində qadınlarınıza yaxınlıq etməyi halal etdi. Onlar sizin örtüyünüz və iffətinizdir, sizdə onların örtüyü və iffətisiniz. Siz daima biri-birinizə möhtacınız. Allah sizin öz nəfslərinizə xəyanət edərək, sizi qadağan etdiyi əməli etmənizi bilir. Allah sizə rəhm edib, tövbənizi qəbul etdi və bu hökmü sizin üçün yüngülləşdirdi. İndi isə qadınlarınıza yaxınlaşın və onlara, Allahın qədər olaraq yazdığı züriyyəti istəyərək yaxınlıq etdin. Dan yeri sökülənə, fəcrin ağlığı gecənin qaranlığından seçilənə qədər bütün gecəni yeyin-için. Sonra fəcirin vaxtı daxil olandan ta günəş batana qədər orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman qadınlara yaxınlıq etməyin. Çünki bu etikafı batil edir. Yuxarıda qeyd edilən bu hökmlər, halal ilə haram arasında olan Allahın hüdudlarıdır, bu hüdudlara heç vaxt yaxın durmayın. Kim Allahın hüdudlarına yaınlaşarsa harama düşməsinə az qalar. Allah belə açıq-aydın hökmlərlə Öz ayələrini insanlara bəyan edir ki, bəlkə onlar əmr olunan işləri etməklə və qadağan olunan işləri isə tərk etməklə Allahdan qorxalar.