يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُتِبَ عَلَيۡكُمُ ٱلۡقِصَاصُ فِي ٱلۡقَتۡلَىۖ ٱلۡحُرُّ بِٱلۡحُرِّ وَٱلۡعَبۡدُ بِٱلۡعَبۡدِ وَٱلۡأُنثَىٰ بِٱلۡأُنثَىٰۚ فَمَنۡ عُفِيَ لَهُۥ مِنۡ أَخِيهِ شَيۡءٞ فَٱتِّبَاعُۢ بِٱلۡمَعۡرُوفِ وَأَدَآءٌ إِلَيۡهِ بِإِحۡسَٰنٖۗ ذَٰلِكَ تَخۡفِيفٞ مِّن رَّبِّكُمۡ وَرَحۡمَةٞۗ فَمَنِ ٱعۡتَدَىٰ بَعۡدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٞ ١٧٨
Yā'ayyuhal-ladhīna āmanū kutiba 'alaykumul-qisāsu fil-qatlal-hurru bil-hurri wal-'abdu bil-'abdi wal-unthā bil-unthā faman 'ufiya lahū min akhīhi shay'un fattibā'u bil-ma'rūfi wa adā'un ilayhi bi ihsānin dhālika takhfīfum mir rabbikum warahmatun famani'tadā ba'da dhālika falahū 'adhābun alīm
Ey iman gətirənlər! Öldürülən şəxsə görə qisas almaq sizə vacib edildi. (Odur ki,) azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından (qisas alın!) Əgər (qatil öldürdüyü) qardaşının (varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda (varislər onunla) insafla davranmalı, (qatil də, qanbahasını) gözəl tərzdə ödəməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngüllük və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün ağrılı-acılı bir əzab vardır.
Təfsir
Ey Allaha iman gətirənlər və Onun peyğəmbərinə tabe olan kimsələr! Başqalarını günahsız yerə düşmənçilik üzündən öldürən kimsələrdən qisas almaq sizə fərz edilmişdir. Qatilə verilən əzab onun törətdiyi cinayətin mislində olmalıdır. Azad kimsə azad olan kimsəyə görə, qul kimsə qul olan kimsəyə görə, qadına da qadına görə öldürülməlidir. Əgər öldürülən şəxs ölməzdən əvvəl qatili əvf edərsə, yaxud da ölənin varisləri qanbahası müqabilində qatili əfv edərsə, - qanbahası: varisin qatili əff etməsi müqabilində qatilin varisə ödədiyi puldur - varis qatildən qanbahasını minnət qoyaraq və əziyyət verərək deyil əksinə yaxşı rəftarla tələb etməlidir. Qatil də öz növbəsində qanbahasını geçikdirmədən yaxşılıqla ödəməlidir. Qatili əff etmək və ya qanbahası olmaq Rəbbiniz tərəfindən sizə bir yüngülləşdirmədir və bu ümmətə bir mərhəmətdir. Kim qatili əff etdib qanbahası aldıqdan sonra ona qarşı həddini aşsa, onun üçün Uca Allahdan ağrıdıcı bir əzab vardır.