يَٰٓأَيُّهَا ٱلنَّاسُ كُلُواْ مِمَّا فِي ٱلۡأَرۡضِ حَلَٰلٗا طَيِّبٗا وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٌ ١٦٨
Yā'ayyuhan-nāsu kulū mimmā fil-ardi halālan tayyiban walā tattabi'ū khutuwātish-shaytāni innahū lakum 'aduwwum mubīn
Ey insanlar! Yer üzündə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addımlarını izləməyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir.
Təfsir
Ey insanlar! Yer üzündəki əti pak olan heyvanlardan, yerin bitirdiyi bitki və ağacların meyvəsindən, həmçinin, halal yolla qazanılan təmiz qidalardan yeyin və sizi Allahın yolundan azdıran şeytanın yolu ilə getməyin! Həqiqətən, o, sizə düşmənçilik bəlli olan, sizin açıq-açığına düşməninizdir. Heç bir ağıllı insana ona əziyət verməyə və onu Allahın yolundan azdırmağa həris düşməninin ardınca getmək caiz deyildir.