Al-Baqarah surəsi, ayə 167

2:167

وَقَالَ ٱلَّذِينَ ٱتَّبَعُواْ لَوۡ أَنَّ لَنَا كَرَّةٗ فَنَتَبَرَّأَ مِنۡهُمۡ كَمَا تَبَرَّءُواْ مِنَّاۗ كَذَٰلِكَ يُرِيهِمُ ٱللَّهُ أَعۡمَٰلَهُمۡ حَسَرَٰتٍ عَلَيۡهِمۡۖ وَمَا هُم بِخَٰرِجِينَ مِنَ ٱلنَّارِ ١٦٧

Waqālal-ladhīnat-taba'ū law anna lanā karratan fanatabarra'a minhum kamā tabarra'ū minnā kadhālika yurīhimullāhu a'mālahum hasarātin 'alayhim wamā hum bikhārijīna minan-nār

Tabe olanlar deyəcəklər: “Kaş, bizim üçün (dünyaya) dönüş olaydı, (indi) onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq!” Beləcə, peşman olsunlar deyə, Allah onlara özlərinin əməllərini göstərəcək və onlar (heç vaxt Cəhənnəm) odundan çıxa bilməyəcəklər.

Təfsir

Zəif və başçılarına tabe olan kimsələr deyəcəklər: "Kaş, bizim dünyaya bir daha dönüməyə imkanımız olaydı, indi başçılrımız bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq". Allah Qiyamət günü onlara şiddətli əzabı göstərdiyi kimi, onların batil üzərində başçılarına tabe olduqlarını sonda peşmançılıq və hüzündən başqa bir şey olmadığını göstərəcəkdir və onlar cəhənnəm odundan əbədiyyən çıxa bilməzlər.