Al-Baqarah surəsi, ayə 123

2:123

وَٱتَّقُواْ يَوۡمٗا لَّا تَجۡزِي نَفۡسٌ عَن نَّفۡسٖ شَيۡـٔٗا وَلَا يُقۡبَلُ مِنۡهَا عَدۡلٞ وَلَا تَنفَعُهَا شَفَٰعَةٞ وَلَا هُمۡ يُنصَرُونَ ١٢٣

Wattaqū yawmal lā tajzī nafsun 'an nafsin shay'an walā yuqbalu minhā 'adlun walā tanfa'uhā shafā'atun walā hum yunsarūn

Heç kəsin heç kəsə yardım edə bilməyəcəyi, heç kəsdən bir fidyə qəbul edilməyəcəyi, heç kəsə şəfaətin fayda verməyəcəyi və onlara kömək göstərilməyəcəyi gündən qorxun.

Təfsir

Özünüzü qiyamət gününün əzabından qorumaq üçün Allahın əmrlərinə tabe olub qadağanlarından çəkinin. Çünki o gün heç kəs heç kəsə fayda verə bilməyəcək, böyüklüyündən aslı olmayaraq heç kəsdən fidyə qəbul edilməyəcək, kimliyindən və məqamından aslı olmayaraq heç kəsin şəfaəti heç kəs üçün fayda verməyəcək və onların Allahdan başqa heç bir kömək edən də olmayacaqdır!