ٱلَّذِينَ كَذَّبُواْ شُعَيۡبٗا كَأَن لَّمۡ يَغۡنَوۡاْ فِيهَاۚ ٱلَّذِينَ كَذَّبُواْ شُعَيۡبٗا كَانُواْ هُمُ ٱلۡخَٰسِرِينَ ٩٢
Alladhīna kaddhabū shu'ayban ka al lam yaghnaw fīhal-ladhīna kaddhabū shu'ayban kānū humul-khāsirīn
Şueybi yalançı sayanlar, sanki orada (o diyarda) yaşamamışdılar. Şueybi yalançı sayanların özləri ziyana uğrayanlardan oldular.
Təfsir
Şueybi yalançı sayanların hamısı həlak oldu, sanki onlar öz yurdlarında yaşamamış və orada əylənməmişdilər. Çünki onlar öz canlarını və sahib olduqları mal-dövlətilərini ziyana uğratdılar və Şueybin iman edən qövmündən olmadılar. Haqqı yalan sayan o kafirlərin iddia etdikləri kimi elə özləri ziyana uğrayan kimsələr oldular.