وَقَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوۡمِهِۦ لَئِنِ ٱتَّبَعۡتُمۡ شُعَيۡبًا إِنَّكُمۡ إِذٗا لَّخَٰسِرُونَ ٩٠
Waqālal-mala'ul-ladhīna kafarū min qawmihī la init-taba'tum shu'ayban innakum idhal lakhāsirūn
(Şueyb) qövmünün kafir zadəganları dedilər: “Əgər Şueybin ardınca getsəniz, siz mütləq ziyana uğrayanlardan olarsınız”.
Təfsir
Şueyb qövmündən tövhid dəvətini inkar edib, insanları Sueybdən - aleyhissəlam - və onun dinindən çəkindirən təkəbbürlü başçıları dedilər: "Ey camaatımız! Əgər Şueybin dinini qəbul edib, özünüzün və ata-dabalarınızın dinini tərk etsəniz siz mütləq ziyana uğrayanlardan olarsınız".