وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُجۡرِمِينَ ٨٤
Wa amtarnā 'alayhim mataran fanzur kayfa kāna 'āqibatul-mujrimīn
Biz onun qövmünün üstünə (daşlardan) yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu.
Təfsir
Biz onun qövmünün üstünə çoxlu sayda palçıqdan olan daşlarla yağış yağdırdıq və həmin kəndin altını üstünə çevirdik. Ey Peyğəmbər! Bir düşün Lut peyğəmbərin günahkar qövmünün aqibəti necə oldu. Onların aqibəti həlak və daimi rəzillik oldu.