Al-A'raf surəsi, ayə 74

7:74

وَٱذۡكُرُوٓاْ إِذۡ جَعَلَكُمۡ خُلَفَآءَ مِنۢ بَعۡدِ عَادٖ وَبَوَّأَكُمۡ فِي ٱلۡأَرۡضِ تَتَّخِذُونَ مِن سُهُولِهَا قُصُورٗا وَتَنۡحِتُونَ ٱلۡجِبَالَ بُيُوتٗاۖ فَٱذۡكُرُوٓاْ ءَالَآءَ ٱللَّهِ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ ٧٤

Wadhkurū idh ja'alakum khulafā'a mim ba'di 'ādin wabawwa'akum fil-ardi tattakhidhūna min suhūlihā qusūran watanhitūnal-jibāla buyūtan fadhkurū ālā'allāhi walā ta'thaw fil-ardi mufsidīn

Xatırlayın ki, (Allah) sizi Ad qövmündən sonra xələflər etdi və yer üzündə yerləşdirdi. Siz də onun düzənliklərində qəsrlər tikir, dağlarda evlər yonursunuz. Elə isə Allahın nemətlərini yada salın və yer üzündə fitnə-fəsad yayaraq pis işlər görməyin”.

Təfsir

Ad qöv­mü elçiləri yalan sayıb, küfr əməllərində davam etdiklərinə görə onları həlak etdikdən sonra Allahın sizi onların ardından yer üzündə xələflər təyin etdiyini və sizi yer üzündə yerləşdirib, orada istədiyinizi edib faydalanmanız üçün bütün vasitələri sizə asanlaşdırdığını və yer üzünün düzən­lik­lə­rin­də qəsr­lər bina edib, dağ­ları da yonub özünüzə evlər inşa etdiyiniz nemətini xatırlayın. Allaha şükür etməyiniz üçün Onun sizə bəxş etdiyi nemətlərini ya­da salın, yer üzün­də Allaha küfr və asiliklər etməkdən əl çəkib orada fəsad törətməyin.