فَأَنجَيۡنَٰهُ وَٱلَّذِينَ مَعَهُۥ بِرَحۡمَةٖ مِّنَّا وَقَطَعۡنَا دَابِرَ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَاۖ وَمَا كَانُواْ مُؤۡمِنِينَ ٧٢
Fa anjaynāhu walladhīna ma'ahū birahmatim minnā waqata'nā dābiral-ladhīna kaddhabū bi'āyātinā wamā kānū mu'minīn
Biz onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə (əzabdan) xilas etdik. Ayələrimizi yalan hesab edənlərin isə kökünü kəsdik. Onlar iman gətirən deyildilər.
Təfsir
Biz Hudu və onunla birğə olan möminləri Öz mərhəmətimizlə əzabdan salamat etdik. Ayələrimizi yalan hesab edənləri isə məhv edərək kökünü kəsdik. Onlar iman gətirənlər deyil, əksinə, Allahın ayələrini yalan hesab edənlərdən idilər, elə buna görə də onlar əzaba layiq görüldülər.