Al-A'raf surəsi, ayə 3

7:3

ٱتَّبِعُواْ مَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُمۡ وَلَا تَتَّبِعُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَۗ قَلِيلٗا مَّا تَذَكَّرُونَ ٣

Ittabi'ū mā unzila ilaykum mir rabbikum walā tattabi'ū min dūnihī awliyā'a qalīlam mā tadhakkarūn

Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostların ardınca getməyin. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz.

Təfsir

Ey İnsanlar! Rəbbinizin sizə nazil etdiyi Kitaba və peyğəmbərinizin sünnəsinə ta­be olun. Şeytanlardan olan dostlara, yaxud rahiblərə tabe olub, Allahın sizə nazil etdiyini tərk edərək nəfslərinizin istəklərinə meyl edib, onları özünüzə dost tutmayın. Həqiqətən, siz necə də az öyüd-nəsi­hət din­ləyir­si­niz. Əgər siz öyüd-nəsi­hət din­ləsəydiz, o zaman haqqı hər bir şeydən üstün tutardınız, peyğəmbərinizin yoluna tabe olub, ona əməl edib və ondan başqa olan şeyləri tərk edərdiz.