Al-A'raf surəsi, ayə 26

7:26

يَٰبَنِيٓ ءَادَمَ قَدۡ أَنزَلۡنَا عَلَيۡكُمۡ لِبَاسٗا يُوَٰرِي سَوۡءَٰتِكُمۡ وَرِيشٗاۖ وَلِبَاسُ ٱلتَّقۡوَىٰ ذَٰلِكَ خَيۡرٞۚ ذَٰلِكَ مِنۡ ءَايَٰتِ ٱللَّهِ لَعَلَّهُمۡ يَذَّكَّرُونَ ٢٦

Yābanī ādama qad anzalnā 'alaykum libāsan yuwārī saw'ātikum warīshan walibāsut-taqwā dhālika khayrun dhālika min āyātillāhi la'allahum yaddhakkarūn

Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək geyim və zinət libası nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu (geyimin nazil edilməsi və təqva libasının bəyanı), Allahın ayələrindəndir. Bəlkə düşünüb (onlardan) ibrət alasınız.

Təfsir

Ey Adəm övladları! Biz övrət yer­lə­rinizi örtəsiniz deyə, sizin üçün zəruru libas və bir də insanlar arasınada bəzənmək üçün bəzəkli libas nazil etdik. Təqva - bu, Allahın əmrlərini yerinə yetirib qadağalarından cəkinməkdir - libası isə hissi libasdan daha xeyir­li­dir. Sizə deyilən bu libas, Allahın qüdrətinə dəlalət edən ayələrindəndir ki, bəlkə, Allahın sizə olan nemətlərini düşünüb və bu nemətlərə görə Ona şükür edəsiniz.