Al-A'raf surəsi, ayə 185

7:185

أَوَلَمۡ يَنظُرُواْ فِي مَلَكُوتِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا خَلَقَ ٱللَّهُ مِن شَيۡءٖ وَأَنۡ عَسَىٰٓ أَن يَكُونَ قَدِ ٱقۡتَرَبَ أَجَلُهُمۡۖ فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ ١٨٥

Awalam yanzurū fī malakūtis-samāwāti wal-ardi wamā khalaqallāhu min shay'in wa an 'asā an yakūna qadiqtaraba ajaluhum fabi'ayyi hadīthi ba'dahū yu'minūn

Məgər onlar göylərin və yerin mülkünə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərmi? Bundan sonra hansı sözə inanacaqlar?

Təfsir

Məgər onlar göylərdə və yerdə Allahın səl­tənətinə baxıb ibrət almırlarmı, Allahın orada ya­rat­­dı­ğı heyvan, bitkilər və s. bunlardan başqa yaratdığı hər şeyə fikir vermirlərmi, əcəllərinin ya­xın­­laşa biləcəyinə diqqət ye­tirib, bəlkə də bu onların sonu olacağını düşünüb, ölüm onlara gəlməzdən əvvəl Allaha tövbə etməyəcəklərmi? Əgər onlar Qurana, orada olan Cənnət və Cəhənnəm xəbərlərinə inanmayacaqlarsa, bundan sonra daha hansı kitaba inana­caqlar?!