وَقَطَّعۡنَٰهُمُ ٱثۡنَتَيۡ عَشۡرَةَ أَسۡبَاطًا أُمَمٗاۚ وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ إِذِ ٱسۡتَسۡقَىٰهُ قَوۡمُهُۥٓ أَنِ ٱضۡرِب بِّعَصَاكَ ٱلۡحَجَرَۖ فَٱنۢبَجَسَتۡ مِنۡهُ ٱثۡنَتَا عَشۡرَةَ عَيۡنٗاۖ قَدۡ عَلِمَ كُلُّ أُنَاسٖ مَّشۡرَبَهُمۡۚ وَظَلَّلۡنَا عَلَيۡهِمُ ٱلۡغَمَٰمَ وَأَنزَلۡنَا عَلَيۡهِمُ ٱلۡمَنَّ وَٱلسَّلۡوَىٰۖ كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡۚ وَمَا ظَلَمُونَا وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ١٦٠
Waqatta'nāhumuthnatay 'ashrata asbātan umaman wa awhaynā ilā mūsā idhistasqāhu qawmuhū anidrib bi'asākal-hajara fambajasat minhuthnatā 'ashrata 'aynan qad 'alima kullu unāsim mashrabahum wazallalnā 'alayhimul-ghamāma wa anzalnā 'alayhimul-manna was-salwā kulū min tayyibāti mā razaqnākum wamā zalamūnā walākin kānū anfusahum yazlimūn
Biz onları (İsrail oğullarını) on iki qəbilə halında ümmətlərə böldük. Qövmü (Tih səhrasında) Musadan (içməyə) su istədikdə, Biz ona: “Əsanla daşa vur!”– deyə vəhy etdik. Ondan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz onların üstünə buludla kölgə saldıq, onlara manna və bildirçin endirdik, (özlərinə də:) “Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!”– dedik. Onlar Bizə zülm etmədilər, lakin özləri özlərinə zülm etdilər.
Təfsir
Biz İsrail oğulların on iki qəbiləyə böldük. Qövmü Musadan - aleyhissəlam - Allahın onlara yağış yağdırması üçün Ona dua etməsini tələb etdiyi zaman, Biz ona: "Ey Musa! Əsanla daşa vur!" – deyə vəhy etdik. Musa - aleyhissəlam - da əsası ilə daşa vurdu, elə bu zaman onların on iki qəbilələrinin sayı qədər daşdan on iki bulaq qaynayıb çıxdı. Hər qəbilə özünün ona xas olan su içəcəyi yeri bildi. Həmən bulaqdan başqa qəbilədən olan kimsə su içə bilməzdi. Biz onların üstünə buludla kölgə saldıq, onlar yer üzündə seyr edikdə o buludlarda onların üzərində onlarla birgə seyr edər, dayandıqları zaman üzərindəki o buludlarda dayanardı. Biz onlara bal kimi şirin olan şərab və bildirçinə oxşar, əti dadlı kiçik quş nemətlərimizdən ruzi endirdik, özlərinə də: "Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!"– dedik. Onlar etdikləri günahlarla, nemətlərə küfür etməklə və onlara verilən nemətlərə layiqincə şükür etmədiklərinə görə bizə qarşı deyil, lakin Allahın əmrlərinə müxalif olub, Onun nemətlərinə nankorluq etdikləri üçün özlərini həlaka sürüklədiklərinə görə yalnız özləri özlərinə zülm etdilər.