Al-A'raf surəsi, ayə 152

7:152

إِنَّ ٱلَّذِينَ ٱتَّخَذُواْ ٱلۡعِجۡلَ سَيَنَالُهُمۡ غَضَبٞ مِّن رَّبِّهِمۡ وَذِلَّةٞ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُفۡتَرِينَ ١٥٢

Innal-ladhīnat-takhadhul-'ijla sayanāluhum ghadabum mir rabbihim wadhillatun fil-hayawātid-dunyā wakadhālika najzil-muftarīn

Həqiqətən, buzovu (ilah) qəbul edənlərə öz Rəbbindən bir qəzəb və dünya həyatında zillət üz verəcəkdir. Biz (Allaha) iftira yaxanları belə cəzalandırırıq.

Təfsir

Həqiqətən, buzovu özlərinə ilah qəbul edib, ona ibadət edənlər Rəbbini qəzəbləndirdiklərinə və Onu lazımınca qiymətləndirmədiklərinə görə onlara Rəbbindən şiddətli bir qə­zəb və dünya həyatında alçalmaq üz verəcəkdir. Biz Allaha qarşı yalan iftira yaxan­ları be­lə bir cəza ilə cəzalandırırıq.