وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَلِقَآءِ ٱلۡأٓخِرَةِ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡۚ هَلۡ يُجۡزَوۡنَ إِلَّا مَا كَانُواْ يَعۡمَلُونَ ١٤٧
Walladhīna kaddhabū bi'āyātinā waliqā'il-ākhirati habitat a'māluhum hal yujzawna illā mā kānū ya'malūn
Ayələrimizi və axirətə qovuşmağı yalan sayanların əməlləri puç oldu. Məgər onlar etdiklərindən başqa bir şeylə cəzalandırılacaqlarmı?
Təfsir
Elçilərimizin doğru olduğuna dəlalət edən ayələrimizi və Qiyamət günü Allahla qarşılaşmağı yalan sayanların etdikləri saleh əməllər puç oldu. Onlar Allaha iman gətirmədikləri üçün dünyada ikən etdikləri əməllərə görə heç bir savab qazanmadılar. Onlar Qiyamət günü yalnız etdikləri küfr və şirk əməllərə görə cəzalandıralacaqlar. Bu cəza, Cəhənnəmdə əbədi qalmaq cəzasıdır.