قَالَ أَغَيۡرَ ٱللَّهِ أَبۡغِيكُمۡ إِلَٰهٗا وَهُوَ فَضَّلَكُمۡ عَلَى ٱلۡعَٰلَمِينَ ١٤٠
Qāla aghayrallāhi abghīkum ilāhan wahuwa faddalakum 'alal-'ālamīn
(Musa) dedi: “Allah sizi aləmlərdən üstün etdiyi bir halda, mən sizin üçün Allahdan başqa ilahmı axtaracağam?”
Təfsir
Musa - aleyhissəlam - qövmünə dedi: "Ey qövmüm! Pak və uca olan Allah sizi zamanınızdakı bütün insanlardan üstün edərək, düşməninizi məhv etməklə sizə nemət bəxş edib, sizi yer üzərində xəlifələr təyin etməklə sizi orada bərqərar etdikdən sonra özünüz də Allahın mövüzələrinə öz gözlərinizlə şahid olduğunuz bir halda, mən sizin Allahdan qeyrisinə ibadət etməniz üçün sizə Onda başq bir məbud necə axtara bilərəm?!".