وَأَوۡرَثۡنَا ٱلۡقَوۡمَ ٱلَّذِينَ كَانُواْ يُسۡتَضۡعَفُونَ مَشَٰرِقَ ٱلۡأَرۡضِ وَمَغَٰرِبَهَا ٱلَّتِي بَٰرَكۡنَا فِيهَاۖ وَتَمَّتۡ كَلِمَتُ رَبِّكَ ٱلۡحُسۡنَىٰ عَلَىٰ بَنِيٓ إِسۡرَٰٓءِيلَ بِمَا صَبَرُواْۖ وَدَمَّرۡنَا مَا كَانَ يَصۡنَعُ فِرۡعَوۡنُ وَقَوۡمُهُۥ وَمَا كَانُواْ يَعۡرِشُونَ ١٣٧
Wa awrathnal-qawmal-ladhīna kānū yustad'afūna mashāriqal-ardi wamaghāribahal-latī bāraknā fīhā watammat kalimatu rabbikal-husnā 'alā banī isrā'īla bimā sabarū wadammarnā mā kāna yasna'u fir'awnu waqawmuhū wamā kānū ya'rishūn
(Musa ilə olan) zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə (Şam diyarına) varislər təyin etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl Sözü yerinə yetdi. Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını isə viran qoyduq.
Təfsir
Firon və əyanlarının alçatdıqları İsrail oğullarını yer üzünün şərq və qərb bölgələrinə varislər təyin etdik. Şərq və qərb bölgələri dedikdə burada qəsd olunan, Şam diyarıdır. Allah bu diyarın torpağından çıxan bitkisinə və meyvəsinə bol-bol bərəkət vermişdir. Ey Peyğəmbər! Beləliklə də, Rəbbinin İsrail oğulları barəsindəki: ﴾Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fironun mülkünə) varislər edək﴿ [Qasas: 5] – dediyi gözəl sözü tam yerinə yetdi və nəhayət, Allah onları, Firon və onun qövmünün əziyyətlərinə səbir etdikləri üçün yer üzündə bərqərar etdi, Fironun qurduğu yurd-yuvanı, əkin sahələrini və onların tikib ucaltdıqları qəsirləri darmadağın etdi.