فَٱنتَقَمۡنَا مِنۡهُمۡ فَأَغۡرَقۡنَٰهُمۡ فِي ٱلۡيَمِّ بِأَنَّهُمۡ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَكَانُواْ عَنۡهَا غَٰفِلِينَ ١٣٦
Fantaqamnā minhum fa aghraqnāhum fil-yammi bi annahum kaddhabū bi'āyātinā wakānū 'anhā ghāfilīn
Ayələrimizi inkar edib onlardan qafil olduqlarına görə Biz (Firon əhlindən) intiqam alaraq onları dənizdə qərq etdik.
Təfsir
Nəhayət onları həlak etməmiz üçün onlara verilən müəyyən vaxt gəlib yetişdikdə, ayələrimizi yalan hesab edib, heç bir şəkk və şübhə olmayan haqqı inkar edib, ondan üz çevirdiklərinə görə əzabımızı göndərərək onları dənizdə qərq etdik.