Al-A'raf surəsi, ayə 131

7:131

فَإِذَا جَآءَتۡهُمُ ٱلۡحَسَنَةُ قَالُواْ لَنَا هَٰذِهِۦۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةٞ يَطَّيَّرُواْ بِمُوسَىٰ وَمَن مَّعَهُۥٓۗ أَلَآ إِنَّمَا طَٰٓئِرُهُمۡ عِندَ ٱللَّهِ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ١٣١

Fa idhā jā'athumul-hasanatu qālū lanā hādhihī wa in tusibhum sayyi'atun yattayyarū bimūsā wamam ma'ahū alā innamā tā'iruhum 'indallāhi walākinna aktharahum lā ya'lamūn

Onlara bir yaxşılıq üz verdikdə: “Bu, bizim üçündür (Biz buna layiqik)!”– deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində onların başına gələn uğursuzluq Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz!

Təfsir

Firon xalqına bolluq, gözəl meyvələr və ucuzluq və s. bu kimi xoşladıqları şeylər verildikdə: "Bu nemətlər bizə, biz buna layiq olduğumuz və bunların yalnız bizə aid olduğu üçün verilmişdir!"– de­yərdilər. On­lara quraqlığ, yağışın yağmaması və xəstəliklər və s. bu kimi pisliklər üz verdikdə isə, Musa - aleyhissəlam - və onunla bir­likdə olan İsrail oğullarını uğur­suzluq əla­məti sayardılar. Əs­lində isə onla­rın uğur­suzluğu pak və uca olan Allahın qədəri ilədir, bu işdə Musanın - aleyhissəlam - onlara bəd dua etməsindən başqa, Musanın və ona iman gətirənlərin heç bir aidiyyatı yoxdur. La­kin onla­rın çoxu bunu bilmədikləri üçün bunu Allahdan başqalarının etdiyini zənn edirlər.