Al-A'raf surəsi, ayə 127

7:127

وَقَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِ فِرۡعَوۡنَ أَتَذَرُ مُوسَىٰ وَقَوۡمَهُۥ لِيُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ وَيَذَرَكَ وَءَالِهَتَكَۚ قَالَ سَنُقَتِّلُ أَبۡنَآءَهُمۡ وَنَسۡتَحۡيِۦ نِسَآءَهُمۡ وَإِنَّا فَوۡقَهُمۡ قَٰهِرُونَ ١٢٧

Waqālal-mala'u min qawmi fir'awna atadharu mūsā waqawmahū liyufsidū fil-ardi wayadharaka wa ālihataka qāla sanuqattilu abnā'ahum wanastahyī nisā'ahum wa innā fawqahum qāhirūn

Firon xalqının əyanları dedilər: “Sən Musanı və onun qövmünü yer üzündə fitnə-fəsad törətsinlər, həm səni, həm də sənin ilahlarını bir kənara atsınlar deyəmi buraxırsan?”. (Firon) dedi: “Biz mütləq onların oğlan uşaqlarını öldürəcək, qadınlarını isə (bizə xidmət etmək üçün) sağ buraxacağıq. Şübhəsiz ki, biz onlar üzərində sarsılmaz bir gücə sahibik”.

Təfsir

Firon qövmünün hakim və kübar təbəqəsindən olan insanları, Fironu, Musaya - aleyhissəlam - və onunla birgə olan möminlərə qarşı qaldıraraq dedilər: "Ey Firon! Sən Musanı və onun qöv­mü­nü yer üzün­də fəsad yaymaq, həm səni, həm də sənin ilahlarını bir kənara atıb və tək Allah ibadət etməyə çağırmaları üçün başlı-başına bu­ra­xırsanmı?". Firon de­di: "Biz hök­mən İsrail oğul­larının oğlan uşaq­larını öl­dürəcək, qa­dın­la­rını isə bizə xidmət etmək üçün sağ bura­xa­cağıq. Şüb­həsiz ki, onların üzə­rində sar­sıl­maz hökm­ranlığa va güc-qüvvətə ma­lik olan bizik".