لَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ ثُمَّ لَأُصَلِّبَنَّكُمۡ أَجۡمَعِينَ ١٢٤
La uqatti'anna aydiyakum wa arjulakum min khilāfin thumma la usallibannakum ajma'īn
Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm”.
Təfsir
Sizin hər birinizin sağ əli ilə sol ayağını və sol əli ilə də sağ ayağını kəsəcək, həm sizə əzab vermək, həm də ki, sizi bu halda görənləri qorxutmaq üçün hamınızı xurma ağaclarının kötüklərindən asacağam.