قَالَ فِرۡعَوۡنُ ءَامَنتُم بِهِۦ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّ هَٰذَا لَمَكۡرٞ مَّكَرۡتُمُوهُ فِي ٱلۡمَدِينَةِ لِتُخۡرِجُواْ مِنۡهَآ أَهۡلَهَاۖ فَسَوۡفَ تَعۡلَمُونَ ١٢٣
Qāla fir'awnu āmantum bihī qabla an ādhana lakum inna hādhā lamakrum makartumūhu fil-madīnati litukhrijū minhā ahlahā fasawfa ta'lamūn
Firon dedi: “Mən sizə izin vermədən öncə siz ona iman gətirdiniz? Şübhəsiz ki, bu, xalqı oradan çıxartmanız üçün şəhərdə qurduğunuz bir hiylədir. Tezliklə biləcəksiniz.
Təfsir
Onlar tək Allaha iman gətirdikdən sonra Firon onları hədələyərək dedi: "Mən sizə izin verməzdən əvvəl siz Musaya iman gətirdiniz? Şübhəsiz ki, sizin Musaya iman gətirib onu təsdiqləməniz, şəhər sakinlərini oradan çıxarmaq üçün, sizin və Musanın qurduğu bir hiylə və məkirdir. Ey sehribazlar! Tezliklə başınıza gələn əzabı biləcəksiniz.