قَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِ فِرۡعَوۡنَ إِنَّ هَٰذَا لَسَٰحِرٌ عَلِيمٞ ١٠٩
Qālal-mala'u min qawmi fir'awna inna hādhā lasāhirun 'alīm
Firon qövmünün əyanları dedilər: “Həqiqətən, bu, (çox) bilikli bir sehrbazdır.
Təfsir
Təkəbbürlü başçılar və əyanlar, Musanın - aleyhissəlam - əsasının gözləri önündə ilana çevrilməsini və əlinin də heç bir ləkə olmadan, ağappaq parlaq bir halda olmasını gördükdə dedilər: "Musa, sehri dərindən bilən, bilikli bir sehrbazdan başqa bir şey deyil".