Al-'Ankabut surəsi, ayə 67

29:67

أَوَلَمۡ يَرَوۡاْ أَنَّا جَعَلۡنَا حَرَمًا ءَامِنٗا وَيُتَخَطَّفُ ٱلنَّاسُ مِنۡ حَوۡلِهِمۡۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَةِ ٱللَّهِ يَكۡفُرُونَ ٦٧

Awalam yaraw annā ja'alnā haraman āminan wayutakhattafun-nāsu min hawlihim afabil-bātili yu'minūna wabini'matillāhi yakfurūn

Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, (Məkkəni) onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?

Təfsir

Allahın nemətlərini inkar edən o nankorlar Allahın onları suda boğulmaqdan xilas etdiyini, üstəlik, ətraflarındakı insanlar yaxalandıqları - öldürüldükləri, əsir götürüldükləri, qadınları cariyə, uşaqları da kölə edildikləri, mallaır da qəsb edildiyi halda, Məkkəni onlar üçün müqəddəs, təhlükəsiz - canlarının və mallarının qorunduğu bir yer etdiyini görmürlərmi?! Onlar batil bütlərə iman gətirib, Allahın onlara bəxş etdiyi neməti inkar edir və Ona şükür etmirlərmi?