وَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبٗا فَقَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱرۡجُواْ ٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ ٣٦
Wa ilā madyana akhāhum shu'ayban faqāla yāqawmi'budullāha warjul-yawmal-ākhira walā ta'thaw fil-ardi mufsidīn
Mədyənə də qardaşları Şueybi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin, Axirət gününə ümid bəsləyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin”.
Təfsir
Mədyən əhalisinə də bir nəsəbdən olan qardaşları Şueybi - aleyhissəlam - peyğəmbər göndərdik. O dedi: "Ey qövmüm! Tək olan Allaha ibadət edin, Ona ibadət etməklə Qiyamət günü veriləcək savaba ümid bəsləyin. Günahlar edərək və onları yayaraq yer üzündə fitnə-fəsad törətməyin!"