Al-Anfal surəsi, ayə 73

8:73

وَٱلَّذِينَ كَفَرُواْ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٍۚ إِلَّا تَفۡعَلُوهُ تَكُن فِتۡنَةٞ فِي ٱلۡأَرۡضِ وَفَسَادٞ كَبِيرٞ ٧٣

Walladhīna kafarū ba'duhum awliyā'u ba'din illā taf'alūhu takun fitnatun fil-ardi wafasādun kabīr

Kafirlər də bir-birinin dostudurlar. Əgər siz bir-birinizə yardımçı olmasanız, yer üzündə fitnə və böyük bir fəsad baş verər.

Təfsir

Allaha küfür edənlərin hamısı eyni bir dindədirlər. Onlar bir-birinlərinin dost­­durlar. Mömin kimsə kafirləri əsla özünə dost tuta bilməz. Əgər siz möminləri özünüzə dost tutmasanız, kafirləri düşmən bilməsəniz, bu zaman möminlər din qardaşlarından kömək görmədikləri üçün onlara böyük bir fitnə olar və onlar yer üzündə Allahın dininin yayılmasına mane olduqları üçün fitnə-fəsad baş verər.