وَإِذۡ يَعِدُكُمُ ٱللَّهُ إِحۡدَى ٱلطَّآئِفَتَيۡنِ أَنَّهَا لَكُمۡ وَتَوَدُّونَ أَنَّ غَيۡرَ ذَاتِ ٱلشَّوۡكَةِ تَكُونُ لَكُمۡ وَيُرِيدُ ٱللَّهُ أَن يُحِقَّ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦ وَيَقۡطَعَ دَابِرَ ٱلۡكَٰفِرِينَ ٧
Wa idh ya'idukumullāhu ihdat-tā'ifatayni annahā lakum watawaddūna anna ghayra dhātish-shawkati takūnu lakum wayurīdullāhu an yuhiqqal-haqqa bikalimātihī wayaqta'a dābiral-kāfirīn
O vaxt Allah sizə, iki dəstədən birinin (karvanın və yaxud kafirlərin qoşununun) sizin olacağını vəd etmişdi. Siz silahsız dəstənin sizin olmasını istəyirdiniz. Allah isə Öz kəlmələri ilə haqqı gerçəkləşdirmək və kafirlərin kökünü kəsmək istəyirdi.
Təfsir
Ey Allah yolunda cihad edən möminlər! O vaxt Allah sizə, iki müşrik dəstədən birinin sizin olacağını vəd edirdini yadınıza salın! Bu dəstənin biri, sizin qənimət əldə etmək istədiyiniz müşriklərin mal-dövlətlərini daşıyan karvan, o biri isə onlara qarşı səfərbərlik elan edib, onlarla döyüşüb, onları məğlub edəcəyiniz karvan dəstəsi idi. Siz müşriklərin mal-dövlətlərini daşıyan karvanın döyüşsüz, asan bir şəkildə sizin olmasını arzulayırdınız. Amma Allah sizə döyüşməyi əmr etməklə Öz kəlmələri ilə haqqı gerçəkləşdirmək, kafirlərin başçılarının kökünü kəsmək və İslam dininin qüvvəsi zahir olana qədər onlardan çoxlu sayda əsir əldə etmənizi istəyirdi.