يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُواْ زَحۡفٗا فَلَا تُوَلُّوهُمُ ٱلۡأَدۡبَارَ ١٥
Yā'ayyuhal-ladhīna āmanū idhā laqītumul-ladhīna kafarū zahfan falā tuwallūhumul-adbār
Ey iman gətirənlər! Kafirlərlə döyüş meydanında qarşılaşsanız, arxanızı onlara çevirib (döyüşdən) qaçmayın.
Təfsir
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Əgər döyüş meydanında müşriklərlə yaxın bir məsafədə qarşı-qarşıya gələrsinizsə, onlara məğlub olmayın və arxanızı onlara çevirib qaçmayın, əksinə, onların qarşısında sabitqədəm olun və onlarla döyüşməkdə səbir nümayiş etdirin. Bilin ki, uca Allah Öz köməyi və yardımı ilə sizinlə birgədir.