وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشۡرَىٰ وَلِتَطۡمَئِنَّ بِهِۦ قُلُوبُكُمۡۚ وَمَا ٱلنَّصۡرُ إِلَّا مِنۡ عِندِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ ١٠
Wamā ja'alahullāhu illā bushrā walitatma'inna bihī qulūbukum waman-nasru illā min 'indillāhi innallāha 'azīzun hakīm
Allah bunu (mələklərlə yardımı), yalnız bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən Allah, Qüdrətlidir, Hikmət sahibidir.
Təfsir
Ey Möminlər! Allah sizə mələklər vasitəsi ilə yardımını düşməninizə qarşı sizə yardım edəcəyi üçün sizə bir müjdə və bu qələbə ilə qəlbiniz müvəqqəti rahatlıq tapsın deyə belə etdi. Qələbə heç də sayın və ya döyüş alətlərinin çoxluğu ilə deyil, qələbə yalnız Allahdandır. Həqiqətən, Allah Öz mülkündə yenilməz qüvvət sahibidir, kimsə Onu məğlub edə bilməz. O, insanlar üçün qoyduğu şəri hökmlərdə və işlərində hikmətlidir.