فَٱسۡتَجَبۡنَا لَهُۥ وَنَجَّيۡنَٰهُ مِنَ ٱلۡغَمِّۚ وَكَذَٰلِكَ نُـۨجِي ٱلۡمُؤۡمِنِينَ ٨٨
Fastajabnā lahū wanajjaynāhu minal-ghammi wakadhālika nujil-mu'minīn
Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik!
Təfsir
Biz onun duasını qəbul etdik, onu zülmətdən və balığın qarnından çıxartmaqla böyük qəm-qüssədən qurtardıq. Biz Yunusu bu sıxıntıdan xilas etdiyimiz kimi, sıxıntıya düşüb Allaha yalvararaq dua edən möminləri də belə xilas edirik!