وَأَدۡخَلۡنَٰهُمۡ فِي رَحۡمَتِنَآۖ إِنَّهُم مِّنَ ٱلصَّٰلِحِينَ ٨٦
Wa adkhalnāhum fī rahmatinā innahum minas-sālihīn
Biz onları mərhəmətimizə qovuşdurduq. Onlar, həqiqətən, əməlisalehlərdən idilər.
Təfsir
Biz onları Öz rəhmətimiz altına aldıq, onlara peyğəmbərlik bəxş etdik və bunun ardından onları Cənnətə daxil etdik. Çünki onlar, həqiqətən də, Rəbbinə itaət edən, zahiri və batini əməllərini islah etmiş Allahın əməlisaleh qullarından idilər.