Al-Anbiya surəsi, ayə 110

21:110

إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ مِنَ ٱلۡقَوۡلِ وَيَعۡلَمُ مَا تَكۡتُمُونَ ١١٠

Innahū ya'lamul-jahra minal-qawli waya'lamu mā taktumūn

Allah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir.

Təfsir

Həqiqətən, Uca Allah yüksəkdən de­diyiniz sözü də, deməyib, qəlbinizdə gizli saxlatdığınızı da yaxşı bilir. Bunlardan Ona heç bir şey gizli qalmaz. Şübhəsiz ki, bunun qarşılığını Uca Allah sizə verəcəkdir.