وَهُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلنُّجُومَ لِتَهۡتَدُواْ بِهَا فِي ظُلُمَٰتِ ٱلۡبَرِّ وَٱلۡبَحۡرِۗ قَدۡ فَصَّلۡنَا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ ٩٧
Wahuwal-ladhī ja'ala lakumun-nujūma litahtadū bihā fī zulumātil-barri wal-bahri qad fassalnal-āyāti liqawmin ya'lamūn
Qurunun və dənizin zülmətində yolu tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan da Odur. Artıq Biz ayələri bilən bir qövmə izah etdik.
Təfsir
Ey Adəm övladı! Siz səfərdə ikən quruda və ya dənizdə olan zaman yolu azdıqda yolu tapa biləsiniz deyə sizin üçün səmada ulduzları yaradan pak və uca olan Allahdır. Artıq Biz, qüdrətimizə dəlalət edən dəlilləri, bu dəlillərdən düşünüb faydalana bilən kimsələrə izah etdik.