Al-An'am surəsi, ayə 92

6:92

وَهَٰذَا كِتَٰبٌ أَنزَلۡنَٰهُ مُبَارَكٞ مُّصَدِّقُ ٱلَّذِي بَيۡنَ يَدَيۡهِ وَلِتُنذِرَ أُمَّ ٱلۡقُرَىٰ وَمَنۡ حَوۡلَهَاۚ وَٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ يُؤۡمِنُونَ بِهِۦۖ وَهُمۡ عَلَىٰ صَلَاتِهِمۡ يُحَافِظُونَ ٩٢

Wahādhā kitābun anzalnāhu mubārakum musaddiqul-ladhī bayna yadayhi walitundhira ummal-qurā waman hawlahā walladhīna yu'minūna bil-ākhirati yu'minūna bihī wahum 'alā salātihim yuhāfizūn

Bu, şəhərlər anası (Məkkəni) və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanarlar. Onlar namazlarını doğru-düzgün qılarlar.

Təfsir

Ey Peyğəmbər! Bu Quran, Mək­kə əhalisinin, habelə yer üzünün məşriqində və məğribində yaşayan insanların doğru yola yönəlməsi üçün sənə nazil etdiyi­miz, özündən əvvəl nazil edilmiş səmavi kitabları təs­diq edən mü­ba­rək bir Kitabdır. Axi­rət həyatına iman gətirənlər bu Qurana iman gətirir, içində buyurulanlara əməl edir və namazlarının rükunlarını, fərzlərini və müstəhəblərini şəriətin müəyyən etdiyi vaxtlarda yerinə yetirərək qoruyub saxlayarlar.