ٱلَّذِينَ ءَامَنُواْ وَلَمۡ يَلۡبِسُوٓاْ إِيمَٰنَهُم بِظُلۡمٍ أُوْلَٰٓئِكَ لَهُمُ ٱلۡأَمۡنُ وَهُم مُّهۡتَدُونَ ٨٢
Alladhīna āmanū walam yalbisū īmānahum bizulmin ulā'ika lahumul-amnu wahum muhtadūn
İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanlar əmin-amanlıq içində olarlar. Doğru yola yönələnlər də (elə) məhz onlardır.
Təfsir
Allaha iman gətirib, Onun şəriətinə tabe olub sonra imanlarına şirk qarışdırmayanları əmin-amanlıq gözləyir. Bu, başqaları üçün deyil, yalnız onlara aiddir. Rəbbi onları doğru yola yönəltdiyi üçün məhz Onlar Allahın müvəffəq etdiyi insanlardır.