وَهُوَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۖ وَيَوۡمَ يَقُولُ كُن فَيَكُونُۚ قَوۡلُهُ ٱلۡحَقُّۚ وَلَهُ ٱلۡمُلۡكُ يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِۚ عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡخَبِيرُ ٧٣
Wahuwal-ladhī khalaqas-samāwāti wal-arda bil-haqqi wayawma yaqūlu kun fayakūnu qawluhul-haqqu walahul-mulku yawma yunfakhu fis-sūri 'ālimul-ghaybi wash-shahādati wahuwal-hakīmul-khabīr
Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!”– dediyi gün (hər şey) olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm (yalnız) Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Hikmət sahibidir, (hər şeydən) Xəbərdardır.
Təfsir
Göyləri və yeri haqq olaraq xəlq edən Pak və Uca olan Allahdır. Allah: "Ol!"– dediyi gün hər şey olar. Qiyamət günü onlara: "Qalxın" – dedikdə onlarda qalxarlar. Onun sözü haqdır, mütləq baş verəcəkdir buna şübhə ola bilməz. İsrafil ikinci dəfə sura üfürüləcəyi Qiyamət günü hökm yalnız pak və uca olan Allaha məxsus olacaqdır. O, qeybdə və aşkarda nə varsa hamısını biləndir. O, yaratmağında və idarə etməyində hikmət sahibidir.Allah, Ona heç bir şey gizli qalmayan, hər şeydən xəbərdardır. Gizlində olan işlər Onun qatında aşkarda olan kimidir.