Al-An'am surəsi, ayə 61

6:61

وَهُوَ ٱلۡقَاهِرُ فَوۡقَ عِبَادِهِۦۖ وَيُرۡسِلُ عَلَيۡكُمۡ حَفَظَةً حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَكُمُ ٱلۡمَوۡتُ تَوَفَّتۡهُ رُسُلُنَا وَهُمۡ لَا يُفَرِّطُونَ ٦١

Wahuwal-qāhiru fawqa 'ibādihī wayursilu 'alaykum hafazatan hattā idhā jā'a ahadakumul-mawtu tawaffathu rusulunā wahum lā yufarritūn

O, Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O sizə gözətçi (mələklər) göndərir. Nəhayət, sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz (mələklər) onun canını alır və (bu işə) etinasız yanaşmırlar.

Təfsir

Allah Öz qulları üzərində yenilməz qüvvət sahibidir və onları zəlil etməyə qadirdir. O, qullarından hər bir baxımdan ucadır. Hər bir şey Ona boyun əymişdir. Pak və uca olan Allah cəlalına layiq şəkildə Öz qulları üzərindədir. Ey İnsanlar! O sizə ölüm mələyi və onun köməkçiləri ruhunuzu alıb əcəliniz sona çatana qədər əməllərinizi yazan hörmətli mə­ləklər gön­də­rir və onlar əmr olunduqları işdə heç bir səhvə yol verməzlər.