وَقَالُواْ لَوۡلَا نُزِّلَ عَلَيۡهِ ءَايَةٞ مِّن رَّبِّهِۦۚ قُلۡ إِنَّ ٱللَّهَ قَادِرٌ عَلَىٰٓ أَن يُنَزِّلَ ءَايَةٗ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ٣٧
Waqālū lawlā nuzzila 'alayhi āyatum mir rabbihī qul innallāha qādirun 'alā an yunazzila āyatan walākinna aktharahum lā ya'lamūn
(Kafirlər) dedilər: “Ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?” De: “Şübhəsiz ki, Allah ayət endirməyə qadirdir. Lakin onların çoxu (bunu) bilmir”.
Təfsir
Müşriklər iman gətirməkdən inadkarlıq edərək dedilər: "Niyə Muhəmmədə - səllallahu aleyhi və səlləm - Rəbbindən onun gətirdiyi dinin doğru olmasını təsdiqləyən fövqəladə bir möcüzə endirilməyib?" Ey Peyğəmbər! De: "Şübhəsiz ki, Allah onların istədikləri fövqəladə bir möcüzəni endirməyə qadirdir. Lakin bunu tələb edən müşriklərin çoxu fövqəladə bir möcüznin enməsinin heç də onların tələbi ilə deyil əksinə, bunun Uca Allahın hikməti ilə olduğunu bilmir, çünki Allah onların istədiklərini endirsə bundan sonra da onlar iman gətirməsələr Allah onları həlak edər".