وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا لَعِبٞ وَلَهۡوٞۖ وَلَلدَّارُ ٱلۡأٓخِرَةُ خَيۡرٞ لِّلَّذِينَ يَتَّقُونَۚ أَفَلَا تَعۡقِلُونَ ٣٢
Wamal-hayawātud-dunyā illā la'ibun walahwun waladdārul-ākhiratu khayrul lilladhīna yattaqūna afalā ta'qilūn
Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?
Təfsir
Meyil etdiyiniz dünya həyatı orada Allahı razı salan əməl etməyən kimsə üçün oyun və əyləncədən başqa bir şey deyil. Amma Allaha iman və itaət edərək Onun əmr etdiyini yerinə yetirib, şirk və günahlardan çəkinərək qadağan etdiyi əməlləri tərk edib Allahdan qorxan kimsələr üçün isə Axirət yurdu daha xeyirlidir. Ey Müşriklər! Məgər Allaha inam gətirib, saleh əməllər etməniz üçün bunu anlamırsınız?!