وَيَوۡمَ نَحۡشُرُهُمۡ جَمِيعٗا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشۡرَكُوٓاْ أَيۡنَ شُرَكَآؤُكُمُ ٱلَّذِينَ كُنتُمۡ تَزۡعُمُونَ ٢٢
Wayawma nahshuruhum jamī'an thumma naqūlu lilladhīna ashrakū ayna shurakā'ukumul-ladhīna kuntum taz'umūn
O gün onların hamısını (bir yerə) toplayacaq, sonra da (Allaha) şərik qoşanlara: “İddia etdiyiniz şərikləriniz haradadır?!”– deyəcəyik.
Təfsir
Qiyamət günü heç kəsi gözdən qaçırmadan, onların hamısını bir yerə toplayacağımızı sonra isə Allahla yanaşı başqalarına ibadət edənlərə, məzəmmət edərək : "Onların Allahın şərikləri olduqlarını yalandan iddia etdiyiniz şərikləriniz haradadır?!" - deyəcəyimizi yadına sal.