مَّن يُصۡرَفۡ عَنۡهُ يَوۡمَئِذٖ فَقَدۡ رَحِمَهُۥۚ وَذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡمُبِينُ ١٦
Mman yusraf 'anhu yawma'idhin faqad rahimahū wadhālikal-fawzul-mubīn
O gün kim əzabdan qurtularsa, həqiqətən, (Allah) ona rəhm etmişdir. Açıq-aydın qurtuluş da budur.
Təfsir
Qiyamət günü Allah kimi əzabdan uzaqlaşdırarsa, Allah ona rəhm etmiş olar. Qiyamət gününün əzabından xilas olmaq, misli-bərabəri olmayan açıq-aydın bir uğurdur.