قُلۡ هَلُمَّ شُهَدَآءَكُمُ ٱلَّذِينَ يَشۡهَدُونَ أَنَّ ٱللَّهَ حَرَّمَ هَٰذَاۖ فَإِن شَهِدُواْ فَلَا تَشۡهَدۡ مَعَهُمۡۚ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ وَهُم بِرَبِّهِمۡ يَعۡدِلُونَ ١٥٠
Qul halumma shuhadā'akumul-ladhīna yashhadūna annallāha harrama hādhā fa in shahidū falā tashhad ma'ahum walā tattabi' ahwā'al-ladhīna kaddhabū bi'āyātinā walladhīna lā yu'minūna bil-ākhirati wahum birabbihim ya'dilūn
De: “Haydı, bunu Allah haram buyurmuşdur şəhadət verəcək şahidlərinizi gətirin (görək)”. Əgər onlar şəhadət versələr, sən onlarla birlikdə şəhadət vermə. Ayələrimizi yalan sayanların və axirətə inanmayanların istəklərinə tabe olma. Onlar (başqalarını) öz Rəbbinə tay tuturlar.
Təfsir
Ey Peyğəmbər! Allahın onlara halal etdiyini özlərinə haram edən müşriklərə de: "Siz bunu, Allahın haram etdiyini iddia edirsiniz. Elə isə haram etdiyiniz bu şeylərin Allahın haram etdiyinə dair şahidlərinizi gətirin, qoy onlar şəhadət versinlər ki, həqiqətən də, bunu Allah haram buyurmuşdur". Ey Peyğəmbər! Əgər onlar elmsiz olaraq bunları Allahın haram etdiyinə şəhadət versələr, sən onların bu şəhadətlərinə inanma. Çünki onlar yalan danışırlar. Ağıllarını özlərinə hakim qəbul edəblərin, Allahın onlara halal etdiyini özlərinə haram edərək ayələrimizi yalan sayanların və axirətə inanmayanların istəklərinə uyma. Onlar başqalarını öz Rəbbinə şərik qoşurlar və tay tuturlar. Axı belə bir kimsəyə necə tabe olmaq olar?!