قُل لَّآ أَجِدُ فِي مَآ أُوحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٖ يَطۡعَمُهُۥٓ إِلَّآ أَن يَكُونَ مَيۡتَةً أَوۡ دَمٗا مَّسۡفُوحًا أَوۡ لَحۡمَ خِنزِيرٖ فَإِنَّهُۥ رِجۡسٌ أَوۡ فِسۡقًا أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦۚ فَمَنِ ٱضۡطُرَّ غَيۡرَ بَاغٖ وَلَا عَادٖ فَإِنَّ رَبَّكَ غَفُورٞ رَّحِيمٞ ١٤٥
Qul lā ajidu fī mā ūhiya ilayya muharraman 'alā tā'imin yat'amuhū illā an yakūna maytatan aw damam masfūhan aw lahma khinzīrin fa innahū rijsun aw fisqan uhilla lighayrillāhi bihī famanidturra ghayra bāghin walā 'ādin fa inna rabbaka ghafūrur rahīm
De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlar müstəsna olmaqla, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Kim (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Rəbbin bağışlayandır, rəhmlidir.
Təfsir
Ey Peyğəmbər! De: "Allahın mənə etdiyi vəhylər içərisində kəsilmədən ölmüş heyvan yaxud axar qan, yaxud murdar, haram sayılan donuz əti, yaxud bütlər üçün kəsilən heyvanlar kimi Allahdan başqasının adı ilə kəsilmiş heyvanlardan başqa, hər hansı bir şəyin haram olduğunu görmürəm". Hər kəs aclıq üzündən bu yeməkdən ləzzət almaq məqsədi ilə deyil və zərurət həddini aşmadan bu haramlardan yeməyə məcbur qalarsa, buna görə ona günah gəlməz. Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin məcburiyyət qarşısında qalıb bu haramlardan yeyən kimsəni bağışlayandır və ona qarşı rəhmlidir.