أَفَغَيۡرَ ٱللَّهِ أَبۡتَغِي حَكَمٗا وَهُوَ ٱلَّذِيٓ أَنزَلَ إِلَيۡكُمُ ٱلۡكِتَٰبَ مُفَصَّلٗاۚ وَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَعۡلَمُونَ أَنَّهُۥ مُنَزَّلٞ مِّن رَّبِّكَ بِٱلۡحَقِّۖ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُمۡتَرِينَ ١١٤
Afaghayrallāhi abtaghī hakaman wahuwal-ladhī anzala ilaykumul-kitāba mufassalan walladhīna ātaynāhumul-kitāba ya'lamūna annahū munazzalum mir rabbika bil-haqqi falā takūnanna minal-mumtarīn
(De:) “Allah bu Kitabı sizə müfəssəl nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul edəcəyəm?” Kitab verdiyimiz kimsələr Onun (Quranın) həqiqətən də, sənin Rəbbin tərəfindən nazil edildiyini bilirlər. Odur ki sən, əsla şübhə edənlərdən olma.
Təfsir
Ey Peyğəmbər! Allahla yanaşı qeyrisinə ibadət edən müşriklərə de: "Allah Quranı sizə hər bir şeyin təfərrüatı ilə nazil etdiyi halda, mənin sizinlə öz aramda Allahdan başqasını hakim qəbul etməyim sizcə ağıla batandırmı?" Özlərinə Tövrat verdiyimiz yəhudilər və özlərinə İncil verdiyimiz nəsranilər öz kitablarındakı dəlilləri gördkdən sonra, Quranın sənə haqq olaraq nazil edildiyini bilirlər. Odur ki, sənə nazil etdiyimiz ayələr barədə şübhə edənlərdən olma.