سُنَّةَ ٱللَّهِ فِي ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلُۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبۡدِيلٗا ٦٢
Sunnatallāhi fil-ladhīna khalaw min qablu walan tajida lisunnatillāhi tabdīlā
Allahın (onlardan) əvvəl olub-keçənlər (keçmiş ümmətlərin münafiqlər) barəsində sünnəsi belədir. Sən Allahın sünnəsində heç bir dəyişiklik tapa bilməzsən.
Təfsir
Allahın öncə gəlib-getmiş, nifaqlarını aşkara çıxarmış münafiqlər barədə qanunu belədir. Allahın qanunu sabitdir, sən onda əsla bir dəyişiklik tapa bilməzsən.