وَمَا كَانَ لِمُؤۡمِنٖ وَلَا مُؤۡمِنَةٍ إِذَا قَضَى ٱللَّهُ وَرَسُولُهُۥٓ أَمۡرًا أَن يَكُونَ لَهُمُ ٱلۡخِيَرَةُ مِنۡ أَمۡرِهِمۡۗ وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدۡ ضَلَّ ضَلَٰلٗا مُّبِينٗا ٣٦
Wamā kāna limu'minin walā mu'minatin idhā qadallāhu warasūluhū amran an yakūna lahumul-khiyaratu min amrihim waman ya'sillāha warasūlahū faqad dalla dalālam mubīnā
Allah və Onun Rəsulu bir iş haqqında hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadının öz işlərində başqa bir yol seçmək ixtiyarı yoxdur. Allaha və Onun Rəsuluna asi olan kəs, əlbəttə ki, açıq-aydın azmışdır.
Təfsir
Allah və Onun Rəsulu mömin kişilər və mömin qadınlar arasında bir işə hökm verdikdə, onlardan heç birinin bu hökmü qəbul etmək və ya inkar etmək ixtiyarı ola bilməz. Allaha və Onun Rəsuluna asi olan kəs, əlbəttə ki, haqq yoldan açıq-aydın azmış olar.