وَذَكِّرۡ فَإِنَّ ٱلذِّكۡرَىٰ تَنفَعُ ٱلۡمُؤۡمِنِينَ ٥٥
Wadhakkir fa innadh-dhikrā tanfa'ul-mu'minīn
Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.
Təfsir
Sənin onlardan üz çevirməyin, onlara öyüd-nəsihət verməyinə və onlara xatırlatmağına mane olmaz. Sən onlara nəsihət et və xatırlat, çünki xatırlatmaq Allaha iman gətirənlərə fayda verir.